Slovakiya millisini Azərbaycanla matça iki məşqçi çıxaracaq

Slovakiya milli komandasının Millətlər Liqasının 3-cü turunda Azərbaycanla matça kimin rəhbərliyi altında çıxacağı məlum olub.


Newsport.az xəbər verir ki, yığmanın sükanı arxasında Samuel Slovak və Marek Mintal olacaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.


Mütəxəssislər qarşıdakı iki görüşdə komandaya rəhbərlik edəcək. Millinin yeni baş məşqçisi isə yay aylarında açıqlanacaq.


Slovakiya yığmasının Qazaxıstana 0:1 hesabı məğlubiyyətindən sonra baş məşqçi Ştefan Tarkoviç istefaya göndərilmişdi.


Slovakiya millisi iyunun 10-da Bakıda Azərbaycanın qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right