Latviya çempionatında 10-cu tura start verilib.
Newsport.az-ın məlumatına görə, U-21 yığmamızın üzvləri olan Asim Əlizadə və Şakir Seyidovun formasını geyindiyi "Dauqavpils" səfərdə "Tukums"la qarşılaşıb.
Matç qonaqların 1:0 hesablı qələbəsilə yekunlaşıb.
Seyidov matçın 68-ci dəqiqəsində meydana çıxdığı halda, Əlizadə bütün oyunu ehtiyat skamyada keçirib.
Hazırda "Dauqavpils" 15 xalla 5-ci pillədədi.