"Real"ın baş məşqçisi Karlo Ançelottinin növbəti koronavirus testinin cavabı neqativ çıxıb.
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis Çempionlar Liqasının 1/4 finalında "Çelsi" ilə bu gün keçiriləcək səfər matçında komandasının yanında olacaq. O, səhər saatlarında Londona yollanıb.
Xatırladaq ki, koronavirus testi iki dəfə müsbət çıxan Ançelottinin "Çelsi" ilə oyunda komandası ilə birlikdə olmayacağı haqda xəbərlər yayılmışdı.
"Çelsi" - "Real" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.