“Atletiko” evdə, “Real” səfərdə qalib gəldi

Futbol üzrə İspaniya La Liqasında 30-cu tura start verilib.

Newsport.az-ın məlumatına görə, 3 günü əhatə edəcək turun açılış matçında son 6 görüşdə qələbəyə həsrət qalan iki komanda – “Xetafe” və “Malyorka” üz-üzə gəlib. Meydan sahibləri bu oyunda minimal hesabla qalib gəliblər.

Madrid klubları da ilk oyun günündə meydana çıxıblar. “Selta”nın qonağı olacaq “Real” “el klasiko”dakı məğlubiyyəti unutdurmağa çalışıb və qələbə qazanıb.

La Liqada 5 oyunluq qələbə seriyası yaxalayan “Atletiko” isə ilk dövrədə səfərdə minimal hesabla məğlub olduğu “Alaves”i sınağa çəkib. Madrid təmsilçisi bu oyunda darmadağına sevinib.

Turun mərkəzi matçı “Kamp Nou”da oynanılacaq. 2022-ci ildə La Liqada məğlubiyyət tanımayan “Barselona” burada “Sevilya”nı qəbul edəcək. Qələbə təqdirində, Xavinin komandası 2-ci pilləyə yüksələ bilər.

İspaniya La Liqası, 30-cu tur

2 aprel

Xetafe – Malyorka 1:0
Qol:
Mayoral, 82.

Levante – Vilyarreal 2:0
Qol:
Morales, 69; 90+1.

Selta – Real 1:2
Qol
: Nolito, 52 – Benzema, 19-pen; 69-pen.

Atletiko – Alaves 4:1
Qol:
J.Feliks, 11; 82. L.Suares, 75-pen; 90 – Eskalante, 63.

3 aprel

16:00 Atletik – Elçe
18:15 Betis – Osasuna
20:30 Valensiya – Kadis
20:30 Qranada – Rayo Valyekano
23:00 Barselona – Sevilya

4 aprel

23:00 Real Sosyedad – Espanyol

Bombardir: Kərim Benzema (Real) – 22 qol.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right