Salahla Klopp arasında gərginlik "Danışsam, yanğın olar"

"Liverpul" İngiltərə Premyer Liqasının 35-ci turunda səfərdə "Vest Hem"lə 2:2 hesablı heç-heçə edib.

Newsport.az xəbər verir ki, matçın son dəqiqələrində baş məşqçi Yürgen Kloppla Məhəmməd Salah arasında gərginlik yaşanıb.

Alman mütəxəssis meydana daxil olmağa hazırlaşan futbolçusuna göstərişlər verib. Misirli ulduz isə Kloppa sərt cavab verib.

Salah matçdan sonra olayla bağlı jurnalistlərə qısa açılama verib. 31 yaşlı vinger "Məni danışdırmayın. Bu gün danışsam, yanğın olar" deyə bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right