İtaliya A Seriyasını tərk edən ilk komanda bəlli oldu

2023/2024 mövsümündə İtaliya A Seriyasını tərk edən ilk komanda məlum olub.

Newsport.az xəbər verir ki, mövsümün bitməsinə 4 tur qalmış "Salernitana"nın elitanı tərk edəcəyi dəqiqləşib.

Salerno təmsilçisi çempionatın 34-cü turunda doğma meydanda "Frozinone"yə 0:3 hesabı ilə məğlub olub. Stefano Kolantuononun rəhbərlik etdiyi kollektiv 17-ci pillədəki rəqibindən 16 xal geri qalır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right