Azərbaycan Premyer Liqasında 32-ci tura start verilir.
Newsport.az xəbər verir ki, bu gün bir qarşılaşma baş tutacaq.
"Sabah" öz meydanında "Səbail"i qəbul edəcək. Avrokuboklar uğrunda mübarizə aparan komandaların dueli saat 18:00-da start götürəcək.
Turun digər oyunları 28-29 aprel tarixlərində keçiriləcək.
Azərbaycan Premyer Liqası, 32-ci tur
18:00. "Sabah" - "Səbail" 2:0
Qollar: Con İrasabal, 22, Cesse Sekidika, 39
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Bank Respublika Arena”