Samir Abasov Xavi ilə görüşdü FOTO

"Sumqayıt"ın baş məşqçisi Samir Abasovun "Barselona"da təcrübə proqramı davam edir. 

Newsport.az xəbər verir ki, bu gün əsas komandanın məşqini izləyən mütəxəssis Kataloniya təmsilçisinin baş məşqçisi Xavi Hernandezlə görüşüb. Komandanın hazırlıq proqramı ilə maraqlanan Samir Abasov həmkarı ilə müxtəlif mövzularda fikir mübadiləsi aparıb. 

Görüşdə "Barselona"nın birinci vitse-prezidenti Rafael Yuste İ Abel də iştirak edib. 

Qeyd edək ki, bir neçə gündür "Barselona"nın düşərgəsində olan mütəxəssisin səfəri sabah başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right