PSJ italiyalını satmağa hazırdır

PSJ Canluici Donnarummanın performansından narazı olduğu üçün onunla yollarını ayırmağı planlaşdırır. 

Newsport.az "Footmercato"ya istinadən xəbər verir ki, Paris təmsilçisi mövsümün sonunda italiyalını transferə çıxaraq, başqa kluba satacaq.

Onun "Yuventus"a keçmək ehtimalının az olmadığı iddia edilir. PSJ Donnaruma üçün 50 milyon avro qarşılığında, onu satmağa hazır olacaq. 

25 yaşlı qolkiper 2015-2021-ci illərdə "Milan"da oynadıqdan sonra 2021-ci ildə PSJ-yə keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right