"Barselona"nın hücumçusu "Sevilya"ya qarşı oynamayacaq

İspaniyanın "Barselona" klubunun heyətində itki baş verib

Newsport.az-ın məlumatına görə, Kataloniya təmsilçisinin hücumçusu Luk de Yonq koronavirusa yoluxub. Məlumatı La Liqa klubunun mətbuat xidməti yayıb.

Koronavirus testi pozitiv çıxan 31 yaşlı niderlandlı forvard karantinə alınıb.

"Barselona" İspaniya La Liqasının 30-cu turu çərçivəsində sabah Bakı vaxtilə saat 23:00-da "Kamp Nou"da "Sevilya" ilə qarşılaşacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right