Pike: "Bu komandayla oyun seksdən daha yaxşıdır"

"Barselona"nın futbolçusu Jerar Pike La Liqada "Espanyol"la keçirdikləri matçlar barədə danışıb. 

Newsport.az xəbər verir ki, o, "Marca"ya açıqlamasında bu komandaya qarşı oynamaqdan həzz aldığını deyib: 

“Uzun müddətdir ki, "Espanyol"un büdcəsində olduğu qədər pulum var. Mən "Espanyol"la səfərdə oynamaqdan "Real"la səfər matçlarındakından daha çox həzz alıram. Bu klub La Liqaya qayıdanda çox sevindim. Mən qələbə qazanmaq üçün meydançaya çıxmağı xoşlayıram. Gülməyə başlayırsan və rəqib azarkeşlər daha da qəzəblənirlər. Dünyada heç bir şey bununla müqayisə olunmur. "Espanyol"la oyun hətta seksdən də yaxşıdır. Bu insanların içində son illər ərzində qəzəb, nifrət yığılıb. "Real" azarkeşləri daha qonaqpərvərdirlər”. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right