"Ronaldinyo ciddi yanaşsaydı, Messi və Ronaldodan üstün olardı"

"Mançester Siti”nin keçmiş futbolçusu Samir Nəsri Ronaldinyo ilə Lionel Messini müqayisə edib. 

Newsport.az xəbər verir ki, "The Sun"a açıqlama verən fransalı Braziliya millisinin sabiq futbolçusunun daha istedadlı olduğunu hesab edib: 

"Braziliyalı Ronaldo və Ronaldinyo xalis istedad idilər. Əgər hər şeyə daha ciddi yanaşsaydılar, Messi və Kristiano Ronaldonu da keçərdilər, daha üstün olardılar. Ronaldinyonun topla etdikləri inanılmazdır. İndi də onun keçmiş videolarını izləyirəm. O, sadəcə çox möhtəşəm, istedadlı olub".

Fransa millisinin sabiq üzvü “Marsel”, “Arsenal”, “Mançester siti”, “Sevilya”, “Antalyaspor”, “Vest Hem”, “Anderlext” klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right