"Real"ın futbolçusu üçün mövsüm erkən bitdi

İspaniyanın "Real" klubunun heyətində itki baş verib.

 

Newsport.az xəbər verir ki, Madrid təmsilçsinin hücumçusu Eden Azar sıradan çıxıb. Ayağında problem aşkarlanan belçikalı futbolçu əməliyyat olunacaq.

 

31 yaşlı oyunçunun bərpa prosesinin 5-6 həftə çəkəcəyi bildirilir. Belə olan halda isə təcrübəli futbolçu mövsümün sonuna kimi meydana çıxa bilməyəcək.

 

Qeyd edək ki, Eden Azar cari mövsümdə "Real"ın heyətində meydana çıxdığı 22 oyunda 1 qol və 2 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right