“Selta”nın futbolçusuna 8 illik həbs cəzası

İspaniya baş prokurorluğu “Selta”nın hücumçusu Santi Minaya 8 il həbs cəzası tələb edir. Newsport.az xəbər verir ki, bu barədə “sport.es” saytı məlumat yayıb.
 
Futbolçu 2017-ci ildə “Valensiya”da çıxış edərkən bir qadına cinsi təcavüzdə ittiham olunur.
 
İstintaqın məlumatına görə, Mina 2017-ci il iyunun 16-da Almeriya şəhərində dostunun avtomobilində bir qadına təcavüz edib.
 
İş üzrə məhkəmə prosesi bu gün Almeriyada başlayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right