Onlar da Rusiya şirkəti ilə əməkdaşlığı dayandırdılar

Almaniyanın “Aytraxt” klubu Rusiyanın “Kaspersky Lab” şirkəti sponsorluq müqaviləsini ləğv edib.

Newsport.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Buna Federal İnformasiya Təhlükəsizliyi Administrasiyasının (BSI) Rusiyanın Ukrayna müharibəsi fonunda şirkətin məhsullarının etibarlılığına şübhələrin yaranması səbəb olub.

“Biz həmişə açıq şəkildə bildirmişik ki, “Kaspersky Lab” ilə əməkdaşlığın davam etdirilməsi millətlərə deyil, faktlara və münasibətlərə əsaslanır.

BSI-nin xəbərdarlığından sonra “Kaspersky Lab”ın məhsul və xidmətlərinə etibar əhəmiyyətli dərəcədə dəyişdi. "Biz Kaspersky Laboratoriyası” rəhbərliyinə sponsorluq müqaviləsinə dərhal xitam verilməsi barədə məlumat vermişik", - deyə klubun direktorlar şurasının üzvü Aksel Hellmann bildirib.

Xatırladaq ki, “Kaspersky Lab” kompüter virusları, spam, haker hücumları və digər kiber təhlükələrdən qorunmaq üçün sistemlər hazırlayır.

Əlavə edək ki, daha əvvəl Almaniyanın “Şalke” klubu Rusiyanın Ukraynaya hərbi hücumu ilə əlaqədar “Qazprom” şirkəti ilə müqaviləni ləğv edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right