Hunteların yeni işi

Futbolçu karyerasını başa vuran Klas-Yan Huntelara sabiq klubu "Ayaks"da vəzifə verilib.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, 38 yaşlı sabiq hücumçu  Amsterdam klubunun idman departamentində çalışacaq. O, "Ayaks"ın idman direktoru vəzifəsindən qovulan Mark Overmarsı müvəqqəti əvəz edən Cerri Hamstranın köməkçisi olacaq.

Huntelar klubla 2024-cü ilin iyuluna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Niderland millisinin sabiq üzvü 2006-2009 və 2017-2021-ci illərdə "Ayaks"da çıxış edib. O, klubda 257 oyunda 158 qol vurub.

Huntelar, həmçinin "Real","Milan", "Şalke" kimi klublarda da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right