"Feliks mənə əsəbiləşir" Simeone

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone futbolçusu Joao Feliksi  La Liqanın 27-ci turunda "Betis"lə oyundan sonra tərifləyib.

Newsport.az "AS"a istinadən xəbər verir ki, o, sözügedən matçda dubla imza atan portuqaliyalı oyunçu ilə bağlı deyib:

"Bütün insanların vaxta ehtiyacı var. Joao ondan istədiyimiz hər şeyi edir. O istedadlıdır və öz işini görür. Feliks çox yaxşı işləyir. O, mənə əsəbiləşməkdə davam edir, lakin zamanla hər şeyi başa düşəcək".

Feliks bu mövsüm La Liqada 19 oyuna çıxıb, 5 qol vurub və 3 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right