Çeferin: "Superliqada oynasalar, bizim yarışlara buraxılmayacaqlar"

UEFA-nın prezidenti Aleksander Çeferin növbəti dəfə Avropa Superliqasını başlatmaq istəyənlərə xəbərdarlıq edib. 

Newsport.az "Cope"yə istinadən xəbər verir ki, o, turnirə qatılacaq klubların UEFA-nın bayrağı altında təşkil olunan yarışlarda iştirak edə bilməyəcəklərini xatırldıb:  “Superliqadan danışanda sanki söhbət futboldan getmir. Bu turnir sadəcə cəfəngiyatdır. Futbolla heç bir əlaqəsi olmayan layihədən danışmaqdan yoruldum. Bu klublar öz turnirlərində çıxış edə bilər. Amma belə etsələr, bizim yarışlarımızda iştirak edə bilməyəcəklər". 

Xatırladaq ki, 2021-ci ildə aprelin 18-də  “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi” (hamısı İngiltərə), “Real", “Barselona”, “Atletiko” (hamısı İspaniya), “Yuventus”, “Milan” və “İnter” (hamısı İtaliya) klubları Avropa Superliqasını yaratdıqlarını açıqlayıblar. Sonradan "Real", "Barselona" və "Yuventus"dan başqa digər klubun turniri tərk etməsi ilə Avropa Superliqası fəaliyyətini dayandırıb. UEFA isə dəfələrlə həmin klubları cəzalandıracağını bildirmişdi.

Qeyd edək ki, "Yuventus", "Real" və "Barselona" yarışı yeni formatda təşkil etməyi planlaşdırır. Formata əsasən, Superliqada iki divizion olacaq və turnirdə ümumilikdə 20 komanda iştirak edəcək. Beləliklə, komandalar aşağı diviziona düşə və yenidən yuxarıya yüksələ biləcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right