“Pley-off”un təxirə salınması üçün FİFA-ya müraciət etdilər

Ukrayna Furbol Assosiasiyası FİFA-ya müraciət edib.

Newsport.az xəbər verir ki, müraciətdə Şotlandiyaya qarşı keçiriləcək DÇ-2022-nin pley-off mərhələsinin  Qlazqodakı yarımfinal oyununun (24 mart) təxirə salınması xahiş edilib. FİFA belə bir müraciət aldığını təsdiqləyib.

Ukrayna millisinin əsas oyunçuları “Dinamo” (Kiyev) və “Şaxtyor”da (Donetsk) çıxış edir. Hazırda ölkədəki müharibə səbəbindən yerli liqanın oyunları dayandırılıb və futbolçular lazımi formada deyil.

Əgər Ukraynanın müraciəti nəzərə alınsa, aprelin 1-də Dohada DÇ-2022-nin final mərhələsinin püşkatması 32 komandanın 2-sinin iştirakı olmadan keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right