Artyom Milevskinin sığınacaqdan kədərli müraciəti

Ötən il karyerasını başa vuran "Dinamo"nun və Ukrayna millisinin sabiq futbolçusu Artem Milevski ölkəsindəki vəziyyətlə bağlı fikirlərini bölüşüb.

Newsport.az xəbər verir ki, o, gözyaşları içində bu gün paylaşdığı videomüraciətdə müharibənin tezliklə bitməsini istədiyini deyib: "Mən hamı kimi özümü xilas etməyə çalışıram. Biz sadəcə sülh istəyirik. Mən Rusiyada, Ukraynada, Belarusda  oynamışam. Sadəcə sülh! Xahiş edirəm, bizi sağ buraxın və atəşi dayandırın.

Müharibə artıq o qədər uzanıb ki, hansı sözləri seçəcəyinizi bilmirsiniz. Ümid edirəm ki, hər şey həll olunacaq və insanlar öz aralarında razılaşacaqlar. Həqiqətən, biz sadəcə bunkerdəyik, dayanacaqda oturmuşuq, sanki kim olduğunu bilmirəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right