"Şaxtyor"un çalışdırıcısı Ukraynanı tərk etmək istəmir

Donetsk “Şaxtyor”unun baş məşqçisi Roberto De Zerbi Ukraynanı tərk etmək istəməyib.

Newsport.az-ın məlumatına görə, 43 yaşlı italiyalı mütəxəssis bütün əcnəbi futbolçular evakuasiya edilənədək ölkədən ayrılmamaq qərarına gəlib.

Əksəriyyəti braziliyalı olan legionerlərin çoxu artıq Ukraynadan təxliyə olunub. Bununla belə, bir neçə italyan oyunçunun hazırda paytaxt Kiyevdə olduğu bildirilib. De Zerbinin ölkəni tərk etmək imkanı olsa da, baş məşqçi futbolçulara görə bundan imtina edib.

​Futbol üzrə Ukrayna Premyer Liqası Rusiyanın hərbi təcavüzü ilə əlaqədar dayandırılıb. Bu üzdən əcnəbi futbolçular və mütəxəssislərin əksəri Ukraynanı tərk etməyə qərar veriblər. Daha öncə Kiyev “Dinamo”sunun rumıniyalı baş məşqçisi Mirça Luçesku da Ukraynanı tərk etməyəcəyini bəyan etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right