“İnter”lə “Napoli”dən heç-heçə

Futbol üzrə İtaliya A Seriyasında 25-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə üç qarşılaşma keçirilib. Turun açılış matçında “Latsio” doğma meydanda “Bolonya”nı qəbul edib və darmadağına sevinib. “Torino” evdə “Venetsiya”ya uduzub.

Lider “İnter” isə çətin “Napoli” səfərinə yollanıb. Komandalar bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

“Milan” “Sampdoriya”nı qəbul edəcək, “Yuventus” isə “Atalanta” ilə üz-üzə gələcək.

İtaliya A Seriyası, 25-ci tur

12 fevral

Latsio – Bolonya 3:0
Qol:
İmmobile, 13-pen. Zakkayni, 53; 63.

Napoli – İnter 1:1
Qol:
İnsinye, 7-pen – Dzeko, 47.

Torino – Venetsiya 1:2
Qol:
Brekalo, 5 – Haps, 38. Çrniqoy, 46.

13 fevral

15:30 Milan – Sampdoriya
18:00 Cenoa – Salernitana
18:00 Verona – Udineze
18:00 Empoli – Kalyari
21:00 Sassuolo – Roma
23:45 Atalanta – Yuventus

14 fevral

23:45 Spetsiya – Fiorentina

Bombardir: Duşan Vlahoviç (“Yuventus”), Çiro İmmobile (“Latsio”) – 18 qol.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right