Eriksenin İngiltərə klubuna keçidi rəsmiləşib

Danimarka millisinin futbolçusu Kristian Eriksenin yeni klubu bəlli olub.

Newsport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin İngiltərənin "Brentford" klubuna keçidi rəsmiləşib.

Təcrübəli oyunçu mövsümün sonunadək komandanın formasını geyinəcək.

Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiyaya qarşı AVRO-2020-nin B qrupunun ilk tur matçında huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb. Onun son klubu İtaliya "İnter"i olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right