"Atletiko" onu "Barselona"ya buraxmadı

Müqavilə ilə "Atletiko"ya məxsus olan və hazırda icarə əsasında "Yuventus"da çıxış edən Alvao Morata bu qış transfer pəncərəsində "Barselona"ya keçməyəcək.

Newsport.az-ın məlumatına görə, bu barədə sport.es məlumat yayıb. Bildirilib ki, ispan hücumçunun agenti yanvarda Kataloniya təmsilçisinə keçmək üçün danışıqlar aparmağa çalışıb. Ancaq Madrid klubu La Liqadakı rəqibini gücləndirmək istəməyərək transferə mane olub.

Qeyd edək ki, Morata bu mövsüm "Yuventus"la A seriyasında 22 oyunda meydana çıxıb, 5 qol vurub və 3 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right