"Yuventus" "Borussiya"nın yarımmüdafiəçisini transfer edir

"Yuventus" heyətini gücləndirmək istiqamətində fəaliyyətini davam etdirir.

Newsport.az-ın məlumatına görə, "Fiorentina"dan Duşan Vlahoviçi transfer edən Turin klubu bu dəfə Münhenqladbax "Borussiya"sının yarımmüdafiəçisi Denis Zakariyanı hədəfləyib. Tərəflərin şəxsi müqaviləni razılaşdırdığı bildirilir.

"Yuventus" yaxın zamanda transferi bitirmək niyyətindədi. Oyunçu üçün qarşı tərəfə 7 milyon avro təklif edilib. "Borussiya"nın futbolçunu yayda azad agent kimi əldən buraxmamaq üçün bu məbləğə razılaşacağı gözlənir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right