Balotelli milliyə çağırıldı 3 il yarımdan sonra

"Adana Demirspor"un futbolçusu Mario Balotelli 2018-ci ilin sentyabrından sonra ilk dəfə İtaliya millisinə çağırılıb.

Newsport.az İtaliya Futbol Federasiyasının "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, baş məşqçi Roberto Mançini yanvardakı təlim-məşq toplanışı üçün 31 yaşlı hücumçuya da dəvət göndərib.

Qeyd edək ki, İtaliya 26-28 yanvar tarixlərində DÇ-2022-nin pley-off mərhələsinə hazırlıq məqsədi ilə təlim-məşq toplanışı keçəcək.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right