Kolarov "İnter"lə müqaviləsini ləğv etdi

"İnter"in futbolçusu Aleksandar Kolarov karyerasını başa vurur.

Newsport.az "Tuttosport"a istinadən xəbər verir ki, 36 yaşlı müdafiəçi Milan təmsilçisi ilə bu ilin iyununa kimi olan müqaviləsini ləğv edib.

Onun "İnter"də qalaraq məşqçi kimi çalışmaq istədiyi bildirilir.

Qeyd edək ki, Serbiya millisinin sabiq üzvü "Latsio", "Mançester Siti" və "Roma" kimi klublarda da oynayıb. O, bu mövsüm "İnter"də bütün yarışlarda cəmi 4 matça çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right