İngiltərə klubu AVRO-2020-də huşunu itirən futbolçuya müqavilə təklif edib

Danimarka millisinin futbolçusu Kristian Eriksen yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Newsport.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, "Brentford" 30 yaşlı yarımmüdafiəçiyə mövsümün sonunadək müqavilə təklif edib.

Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiyaya qarşı AVRO-2020-nin B qrupunun ilk tur matçında huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb.

Son klubu İtaliya "İnter"i olan Eriksen karyerasının ən yaxşı vaxtlarını 2013 - 2020-ci illərdə İngiltərə "Tottenhem"ində keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right