"Real"a qarşı oynaya bilərlər

"Barselona"nın futbolçuları Pedri və Ferran Torres koronavirusdan sağalıblar.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, onların son koronavirus testləri mənfi çıxıb. Hər iki futbolçu komandaya qoşula və İspaniya Superkubokunun 1/2 final mərhələsinin “Real"la oyununda iştirak edə bilər. Kataloniya klubu artıq Pedri və Torresin sağalması ilə bağlı aidiyyatı qurumları məlumatlandırıb.

Xatırladaq ki, futbolçular yanvarın əvvəlində COVID-19-a yoluxub və o vaxtdan bəri karantində idilər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right