La Liqa klubundan yeni transfer

İspaniyanın “Valyadolid” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, La Liqa təmsilçisi “Atletik”in hücumçusu Xon Morsilyonu transfer edib.

Bu barədə “Valyadolid”in mətbuat xidməti məlumat yayıb. 23 yaşlı ispan vinger bu mövsümün sonuna kimi icarəyə götürülüb.

Xon Morsilyo 2018-ci ildən “Atletik”də çıxış edir. O, bu mövsüm Bilbao təmsilçisinin heyətində 7 oyuna çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right