“Real”dan Aquero ilə bağlı paylaşım: “Şərəf idi”

İspaniyanın “Real” klubu karyerasını bitirdiyini açıqlayan argentinalı hücumçu Serxio Aquero ilə bağlı paylaşım edib.

Newsport.az xəbər verir ki, Madrid təmsilçisi “tvitter” hesabında etdiyi paylaşımda Aquero haqda bunları qeyd edib:

“Sənin kimi bir futbolçuya qarşı oynamaq şərəf idi. Dünyanın ən yaxşı oyunçularından birisən. Sənə və ailənə uğurlar arzu edirəm”.

Son olaraq “Barselona”da çıxış edən Aquero ürəyində olan problemə görə karyerasını bitirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right