Dadaşov qol vurdu, komandası qalib gəldi

Almaniyanın Qərb Regional Liqasında 11-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, millimizin forvardı Rüfət Dadaşovun çıxış etdiyi “Şalke”nin 2-ci komandası "Fortuna"nı (Köln) qəbul edib və matç 1:1 hesabı ilə nəticələnib.

Start heyətində meydana çıxan Rüfət sona qədər meydanda qalıb. "Şalke"nin yeganə qolunu da Dadaşov vurub. Forvard 83-cü dəqiqədə penalti zərbəsindən düzgün istifadə edib.

​“Şalke 2” bu nəticədən sonra 12 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right