"Atletiko" ilə oyun öncəsi Alba qayıtdı, Pedri zədələndi

"Barselona" İspaniya La Liqasının 8-citurunda Madridddə "Atletiko"nun qonağı olacaq.

 

Newsport.az-ın məlumatına görə, Kataloniya təmsilçisi bu oyundan öncə ciddi itki ilə üzləşib. Belə ki, yarımmüdafiəçi Pedri zədələnib.19 yaşlı futbolçu vacib görüşdə komandasına kömək edə bilməyəcək.

 

Pedridən başqa Martin Breytveyt, Usman Dembele və Serxio Aquero da zədəlidi. Müdafiəçi Jordi Alba isə zədəsini sağaldıb və oynaya biləcək durumdadı.

 

Bu gün keçiriələcək “Atletiko” – “Barselona” matçı saat 23:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right