Kütləvi davaya görə dayandırılan matçla bağlı qərar verildi

Fransa Liqa 1-in 3-cü turunda azarkeşlərlə futbolçular arasında yaşanan qalmaqala görə yarımçıq dayandırılan “Nitsa” – “Marsel” oyunu ilə bağlı qərar verilib.
 
Newsport.az xəbər verir ki, oyun neytral meydançada, azarkeşsiz keçiriləcək. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Oyunun nə zaman keçiriləcəyi isə hələ məlum deyil.
 
“Nitsa” – “Marsel” matçı (0:0) ikinci hissənin sonlarına yaxın təxirə salınıb. Meydan sahibi komandanın azarkeşləri “Marsel”in futbolçusu Dimitri Payetə butulka atıb. Payet daha sonra butulkanı azarkeşlər tərəfə fırladıb və bundan sonra fanatlar meydana daxil olublar.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right