Makron Mbappeni razı salmağa çalışacaq

Fransa prezidenti Emmanuel Makron PSJ-nin futbolçusu Kilian Mbappenin Paris təmsilçisində qalmasını istəyir.

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, dövlət başçısı 22 yaşlı hücumçu ilə yeni müqavilə imzalanması ilə bağlı danışıqlara qatılıb. Makronun fransalı oyunçunu müqavilənin müddətini uzatmağa razı salmaq üçün onunla şəxsi yazışmalara başladığı vurğulanıb.

Qeyd edək ki, Mbappe daha əvvəl klubunun bir neçə təklifini rədd edib. PSJ-nin oyunçuya oktyabrda növbəti müqavilə təklif edəcəyi bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right