“Barselona”nı sevindirdi, “Real”ın istəyini rədd etdi La Liqa

DÇ-2022-nin seçmə mərhələ oyunları ilə əlaqədar futbolçuları millinin düşərgəsindən gec qayıdacaq İspaniya klubları buna görə La Liqa rəhbərliyindən oyunlarının təxirə salınmasını tələb edib.

Newsport.az-ın məlumatına görə, La Liqa rəhbərliyi bəzi klubların istəyini nəzərə alıb və onların oyunlarını təxirə salıb.

Belə ki, La Liqanın 4-cü turu çərçivəsində sentyabrın 11-də keçirilməli olan “Sevilya” – “Barselona” və “Vilyarreal” – “Alaves” matçları təxirə salınıb.

Bu, sözügedən klublardan bəzisinin sentyabrın 12-də avrokubok matçlarının olması ilə izah olunub.

Əvəzində “Real” və “Atletiko”nun oxşar istəkləri qəbul edilməyib. “Real” sentyabrın 12-də “Selta”nı qəbul edəcəksə, “Atletiko” həmin gün “Espanyol”un qonağı olacaq.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right