Argentina millisinin baş məşqçisi: "Oyunçularımı müdafiə etməliyəm"

Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Braziliya ilə yarımçıq dayandırılan matç haqda danışıb.

Newsport.az-ın məlumatına görə, baş məşqçi vəziyyəti belə şərh edib:

“Vəziyyət məni çox kədərləndirir. Günahkar axtarmaq fikrim yoxdu. Bu gecə dünyanın ən yaxşı futbolçuları meydanda olacaq deyə bayram olmalı idi. Öz oyunçularımı müdafiə etməliyəm. Heç kim bizə oyunçuların oynaya bilməyəcəyini deməyib. Həm biz, həm də Braziliya millisi oynamaq istəyirdi”.

Xatırladaq ki, Braziliya - Argentina matçı ikincilərin bəzi futbolçularının karantin qaydalarına riayət etməməsinə görə yaranan qalmaqaldan sonra yarımçıq dayandırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right