“Mbappe üç il əvvələ nisbətən bir addım geridədir”

İrlandiyalı keçmiş futbolçu Toni Kaskarino Fransa yığmasının və PSJ-nin hücumçusu Kilian Mbappe haqda fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, Kaskarino, Mbappenin inkişaf baxımından hər il gerilədiyini deyib:

“2018-ci ildə dünya çempionatının qalibi olan Mbappe daha fərqli, enerjili idi. Onda dünyanın ən yaxşı hücumçusu idi. İndi isə həmin təsiri göstərə bilmir.

Bəzən inanılmaz işlər görür, meydanda nə qədər yaxşı olduğunu göstərir. Ancaq artıq bunu tez-tez edə bilmir. 22 yaşındadır və bunları tez-tez etməli, meydanda sözünü deməlidir. Mbappe üç il əvvələ nisbətən bir addım geridədir”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right