İspaniya 28 il sonra məğlub oldu

DÇ-2022-nin seçmə mərhələsinin oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, İspaniya milli komandası səfərdə İsveçin qonağı olub. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

Bu qarşılaşmada İspaniyanın məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Komanda sonuncu dəfə 1993-cü ildə DÇ-1994-ün seçmə matçında Danimarkaya 0:1 hesabı ilə məğlub olmuşdu. Pireneylilər bu müddət ərzində 66 oyun idi ki, məğlub olmurdular (52 qələbə, 14 heç-heçə).

İsveç - İspaniya 2:1

Qollar: Aleksander İsak, 6, Viktor Klaesson, 57 - Karlos Soler, 5

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right