Qrizmann "Atletiko"ya qayıtdı

"Atletiko" heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Madrid təmsilçisi "Barselona"dan Antuan Qrizmannı heyətinə cəlb edib. Fransa millisinin üzvü 1 il müddətində iczrə əsasında "Atletiko"da çıxış edəcək.

Qeyd edək ki, Qrizmann "Barselona"ya 2019-cu ilin yayında "Atletiko"dan keçib. 30 yaşlı hücumçu Kataloniya təmsilçisinin heyətində son mövsümdə meydana çıxdığı 51 oyunda 20 qol və 13 asistlik performans göstərib.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right