"Real"dan yeni transfer

"Real" heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

Newsport.az-ın məlumatına görə, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb. "Kral klubu"nun "Renn"dən Eduardo Kamavinqanın transferi üçün razılaşdığı bildirilib. "Real" bu keçidə görə bonuslar da daxil olmaqla 31 milyon avro ödəyəcək.

Xəbərdə o da qeyd  olunub ki, 18 yaşlı yarımmüdafiəçi artıq tibbi müayinədən keçib və onunla müqavilə imzalanıb.

Əlavə edək ki, 2019-cu ildən "Renn"də oynayan Kamavinqa ilə PSJ və "Mançester Yunayted" də yaxından maraqlanırdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right