Benites Rişarlisonun transfer iddialarına nöqtə qoydu

"Everton"un baş məşqçisi Rafael Benites adı PSJ ilə hallanan komandanın hücumçusu Rişarlison barədə açıqlama verib.

Newsport.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis braziliyalı futbolçunun komandada qalacağını deyib:

"Rişarlison 99,99 faiz komandada qalacaq. Mən onu heyətdə görməkdən çox məmnunam. O da komandada qalmaqdan xoşbəxtdir. Rişarlison qol vurmaq və qələbələr qazanmaq istəyir".

24 yaşlı futbolçu yeni mövsüm Premyer Liqada keçirdiyi 3 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right