"ÇL-ni qazanaq, "Real"a gələn il gedərsən" Messidən Mbappeyə

PSJ-nin futbolçusu Kilian Mbappenin komandadakı gələcəyi hələ də qeyri-müəyyəndir.

Newsport.az-ın məlumatına görə, belə bir vaxtda 22 yaşlı hücumçu sosial şəbəkə hesabında çaşdırıcı paylaşım edib. Fransa millisinin üzvü komandanın yeni transferi Lionel Messi ilə məşq fotosunu paylaşıb.

Fransa mətbuatında yer alan məlumata əsasən, Messi Mbappe ilə söhbət edib və daha bir il komandada qalmasını istəyib: "Bu il komandada qal, birlikdə Çempionlar Liqasını qazanaq. Gələn il "Real"a gedərsən".

Digər məlumata görə, "Real" Mbappenin transferini bitirmək üçün hələ ki anlaşma əldə etməyib. Paris təmsilçisinin baş məşqçisi Maurisio Poçettino Kilian Mbappenin komandadan ayrılmaq istəyinin olmadığını bildirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right