Messi bugünkü matçın iştirak ərizəsində

PSJ-nin yeni transferi Lionel Messinin bu gün Paris klubunda debüt edəcəyi gözlənilir.

Newsport.az-ın məlumatına görə, argentinalı hücumçunun adı Fransa çempionatının 4-cü turunda bu gün "Reyms"lə keçiriləcək oyunun iştirak ərizəsinə salınıb. Komandanın liderlərindən olan Neymarın da adı iştirak ərizəsindədir.

Xatırladaq ki, "Barselona"dan ayrılaraq PSJ-yə keçən Messi ilə 2+1 illik müqavilə imzalanıb. 

 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right