Şakiri "Liverpul"u Fransa klubuna dəyişdi

Cerdan Şakiri "Liverpul"dan ayrılıb.

Newsport.az-ın məlumatına görə, isveçrəli vinger karyerasını Fransada davam etdirəcək. 29 yaşlı futbolçu "Lion"a transfer olub. Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. Müqavilənin detalları açıqlanmayıb.

"Lion" təcrübəli ön xətt oyunçusu üçün "Liverpul"a 11 milyon avro ödəyib.

Şakiri "Liverpul"a 2018-ci ildə "Stok Siti"dən transfer olub. O, ötən mövsüm İngiltərə təmsilçisinin heyətində meydana çıxdığı 22 oyunda 1 qol və 4 asistlə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right