"Marsel" Sörlott üçün hərəkətə keçdi

"Marsel" hücum xəttini "Leyptsiq"in futbolçusu Aleksander Sörlottla doldurmaq istəyir.

Newsport.az-ın məlumatına görə, Liqa 1 təmsilçisi ilk təklifini göndərib. Fransa klubu norveçli futbolçunu satın alma şərti ilə icarəyə götürmək fikrindədir.

"Leyptsiq" 25 yaşlı hücumçunu 2020-ci ildə "Trabzonspor"dan 20 milyon avroya transfer edib. Sörlott ötən mövsüm keçirdiyi 37 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right