Kuman: “Bizim onlara ehtiyacımız var”

“Barselona”nın baş məşqçisi Ronald Kuman La Liqanın ilk turu çərçivəsində “Real Sosyedad”a qarşı keçirdikləri oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, “Marca” nəşrinə danışan Kuman, 4:2 hesabıyla qələbə qazandıqları matçla bağlı bunları deyib:

“Çempionata qələbə ilə başlamaq vacib idi. Qalib gəlməklə yanaşı, futbolçuların yanaşması və yaxşı oyun göstərməsi əsas idi. Oyunun sonunda bir sıra səhvlərimiz oldu. Buna baxmayaraq, qələbəyə layiq olduğumuzu düşünürəm.

İlk 30 dəqiqəni fantastik oynadıq. Azarkeşlərimizin sayı 20 min idi, ancaq adama elə gəlirdi ki, daha çox fanat var. Bizim onlara ehtiyacımız var”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right