"Mançester Yunayted" 50 milyon avroluq transferi açıqladı

İngiltərənin "Mançester Yunayted" klubu yeni transferini təqdim edib.

Newsport.az-ın məlumatına görə, "qırmızı şeytanlar" "Real"dan Rafael Varanı transfer etdiyini rəsmi saytı vasitəsilə açıqlayıb. Fransa millisinin üzvü ilə 2025-ci ilin yayına kimi müqavilə imzalanıb.

"Mançester Yunayted" 28 yaşlı mərkəz müdafiəçisi üçün İspaniya təmsilçisinə 50 milyon avro ödəyib.

Qeyd edək ki, Rafael Varan "Real"a 2011-ci ildə Fransanın "Lans" klubundan transfer olunub. Varan "kral klubu"nun heyətində meydana çıxdığı 360 matçda 17 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right