PSJ-nin prezidenti Messidən danışdı: "Çox xoşbəxtəm"

PSJ-nin prezidenti Nasser Əl Xələfi argentinalı hücumçu Lionel Messinin kluba keçidi ilə bağlı fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, Paris təmsilçisinin mətbuat xidmətinə danışan Xələfi, PSJ-nin belə heyətlə tarix yazacağını deyib:

“Messinin PSJ-yə keçməsinə görə çox xoşbəxtəm. Onu və ailəsini Parisdə qəbul etməkdən şadıq.

Messi hər zaman inkişaf edir və titul qazanmaq istəyir. Onun hədəfi ilə klubun hədəfi eynidir.

Messinin bura gəlişi klubumuzun uğurlarının göstəricisidir. PSJ möhtəşəm baş məşqçisi və heyəti ilə tarix yazacaq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right