Dmitri Nazarovun forması 1660 avroya satıldı

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun Almaniyanın “Ersgebirge” komandasında geyindiyi forması xeyriyyə məqsədiylə satışa çıxarılıb. Newsport.az Aue təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “eBay” satış platformasında auksiona çıxarılan 10 nömrəli geyim dəsti 1660 avroya satılıb.
 
Məbləğ bu yaxınlarda Voqtlandda bədbəxt hadisə nəticəsində ölən iki gənc futbolçunun ailələrinə bağışlanacaq.
 
Formanı alıcılara Nazarovun özü təqdim edib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right